NATO Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristerssonla görüşüb.
APA xəbər verir ki, o bu barədə “Tvitter”də paylaşım edib.
“Türkiyə səfərimdən sonra Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Ulf Kristerssonla ilə yaxşı görüşüm oldu. NATO müttəfiqləri Finlandiya və İsveçi üzv olmağa dəvət etmək üçün tarixi qərar qəbul etdilər. Onlar indi daha təhlükəsizdir və mən onların hər ikisini tam üzv kimi qarşılamağı səbirsizliklə gözləyirəm”, - o deyib.