NATO Baş katibi Yens Stoltenberq və Finlandiya xarici işlər naziri Pekka Haavisto arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu səhər NATO-nun Baş katibi ilə Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yaxşı müzakirəmiz oldu. NATO ilə əməkdaşlığımız həmişəkindən daha sıxdır”, - Finlandiya XİN başçısı deyib.