Stoltenberq İsrail və HAMAS arasında razılaşmanı alqışlayıb

Stoltenberq İsrail və HAMAS arasında razılaşmanı alqışlayıb
# 22 noyabr 2023 12:40 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq İsrail və HAMAS arasında razılaşmanı alqışlayıb.

APA xəbər verir ki, bu barədə Baş katib Stoltenberq Skopyada Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşdən əvvəl mətbuata açıqlamasında deyib.

"Mən girovların geri qaytarılmasına, döyüşlərin dayandırılmasına və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verəcək İsrail və HAMAS arasında razılaşmanı alqışlayıram", - Stoltenberq deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR