Bank Of Baku

Stoltenberq Lavrova məktub göndərib

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 10 fevral 2022 15:33 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məktubuna cavab verib.


APA-nın xəbərinə görə, bu barədə Yens Stoltenberq Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün səhər mən xarici işlər naziri Lavrova məktub göndərmişəm. NATO-Rusiya Şurasının görüşləri çərçivəsində dialoqumuzu davam etdirmək üçün Rusiyaya göndərdiyim dəvətimi bir daha təkrarlayıram”, - o deyib.

Baş katib bildirib ki, bu dialoq diplomatik yol tapmaq üçün vacibdir: “Biz Rusiyanın narahatlığını dinləməyə və hamımızın imzaladığımız Avropa təhlükəsizliyinin əsas prinsiplərini dəstəkləmək və gücləndirmək yollarını müzakirə etməyə hazırıq”.

Baş katib Stoltenberq deyib ki, alyans təlimlər və nüvə siyasəti ilə bağlı qarşılıqlı brifinqlərin keçirilməsini, hərbi fəaliyyətlərdə şəffaflığın artırılması və risklərin azaldılması yollarının müzakirəsini, kosmos və kibertəhlükələrin azaldılmasını və silahlara nəzarətlə bağlı ciddi müzakirələrin aparılmasını təklif edib: “Lakin NATO əsas prinsiplərində güzəştə getməyəcək. Bura hər bir xalqın öz yolunu seçmək hüququ və NATO-nun bütün müttəfiqləri qorumaq və müdafiə etmək öhdəliyi daxildir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR