NATO zəruri sualtı infrastrukturun mühafizəsinə dair fəaliyyətləri koordinasiya edəcək.
APA xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq Brüsseldə NATO müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Stoltenberq qərarı 2022-ci ilin sentyabrında “Şimal axını” kəmərində baş vermiş təxribatla əlaqələndirib.
“Bu bizim hamımıza üzləşdiyimiz həssaslıqları xatırladıb. Nazirlər NATO hərbi səlahiyyətlilərinə özəl sektorla daha yaxşı koordinasiya və əməkdaşlıq da daxil olmaqla bizim daha nələr edə biləcəyimizə dair tövsiyələr vermək tapşırığı verib”, - Stoltenberq vurğulayıb.
Stoltenberq sualtı infrastrukturun qorunması məqsədilə NATO tərəfindən Kritik Sualtı İnfrastrukturun Koordinasiya Mərkəzinin yaradıldığını bəyan edib.