NATO Ukrayna məsələsini diplomatik yolla həll etmək üçün bütün vasitələrdən istifadə edir. Ukrayna məsələsi ətrafında de-eskalasiya əlamətləri görmürük.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq açıqlama verib.
"Rusiyanın sərhəddə işğala hazır qüvvələri var", - Baş katib əlavə edib.
O, bu il NATO-Gürcüstan hərbi təlimlərinin keçiriləcəyini də əlavə edib.