Bank Of Baku

Stoltenberq Rusiyanın START müqaviləsində iştirakını dayandırmasından təəssüflənib

Stoltenberq Rusiyanın START müqaviləsində iştirakını dayandırmasından təəssüflənib
# 21 fevral 2023 16:11 (UTC +04:00)

Mən çox təəssüflənirəm ki, Rusiya START müqaviləsində iştirakını dayandırdı.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell və Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.

“Putin bu gün bu qərarı elan etdi. Mən Rusiyanı bu qərarı yenidən nəzərdən keçirməyə və silahlara nəzarətlə bağlı beynəlxalq müqavilələrə hörmət etməyə çağırıram”, - o qeyd edib.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Rusiyanın strateji hücum silahlarının azaldılması müqaviləsində iştirakını dayandırdığını, lakin Rusiyanın müqavilədən çıxmadığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR