Bank Of Baku

Stoltenberq: Rusiyanın Ukraynada qələbəsi NATO-nun məğlubiyyəti olacaq

Stoltenberq: Rusiyanın Ukraynada qələbəsi NATO-nun məğlubiyyəti olacaq
# 11 oktyabr 2022 17:25 (UTC +04:00)

Ukraynanın müharibədə qalib gəlməsi bizim hamımız üçün vacibdir.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Ukraynanın öz azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda apardığı bu mübarizdə qalib gəlməsi bizim hamımız üçün vacibdir. Əgər Putin bu müharibədə qalib gələrsə, bu yalnız Ukraynanın məğlubiyyəti olmayacaq. Bu, həm də bizim məğlubiyyətimiz deməkdir”, - NATO Baş katibi vurğulayıb.

Onun sözlərinə görə, NATO müttəfiqləri Ukraynaya misilsiz dəstək verir və bu davam edəcək: “NATO müttəfiqləri Ukraynaya hərbi dəstək göndərir. Lakin eyni zamanda bu o deməkdir ki, ölkələrin hərbi sursatları azalır. Ancaq vurğulayım ki, biz Ukraynaya yardım etməklə doğru yoldayıq. Ancaq hərbi yardımı davam etdirmək üçün biz ehtiyatlarımızı artırmalıyıq ki, bu yardım davamlı olsun”.

NATO Baş katibi, alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasında ambisiyalı hədəflər barədə razılığa gələcəyinə ümid etdiyini deyib.

Stoltenberq onu da bildirib ki, dünən Rusiyanın Ukrayna şəhərlərinə hücumları bu ölkənin döyüş meydanında uğursuzluğunun göstəricisidir: “Bu o deməkdir ki, Rusiya döyüş meydanında məğlub olur və bunun əvəzində mülki əhalini, infrastrukturu, şəhərləri hədəf alır. Bu hücumlar Putinin alternativlərinin azaldığını göstərir. Ona görə də o, raketlərə əl atır və Ukrayna şəhərləri heç bir ayrı-seçkilik qoyulmadan hədəf alınır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR