Bank Of Baku

Stoltenberq: Ukraynanın mübarizəsi bizim mübarizəmizdir

Stoltenberq: Ukraynanın mübarizəsi bizim mübarizəmizdir
# 11 oktyabr 2023 12:49 (UTC +04:00)

"Ukraynanın mübarizəsi həm də bizim mübarizəmizdir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüssledə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl mətbuat birgə açıqlama zamanı deyib.

"Sizin (Ukraynanın - red.) mübarizəniz bizim mübarizəmizdir, təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir və dəyərləriniz bizim dəyərlərimizdir. Və nə qədər lazım olsa, biz Ukraynanın yanında olacağıq", - Stoltenberq bildirib.

"Biz əlaqələrimizi daha da gücləndirəcəyik və Ukraynanın NATO-ya üzvlüyünə doğru getdiyi yolda ona kömək edəcəyik", - deyə NATO Baş katibi əlavə edib.

Qeyd edək ki, NATO ölkələrinin müdafiə nazirləri Ukraynadakı vəziyyəti və NATO-nun davamlı dəstəyini müzakirə etmək üçün bu gün günortadan sonra NATO-Ukrayna Şurasının iclasında ukraynalı nazir Rustem Umerovla görüşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR