Bank Of Baku

Tanınmış gürcü aktyor 91 yaşında vəfat edib

Tanınmış gürcü aktyor 91 yaşında vəfat edib
# 28 oktyabr 2023 21:41 (UTC +04:00)

Tanınmış gürcü aktyor Tengiz Arçvadze 91 yaşında vəfat edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Kote Marcanaşvili adına Dövlət Akademik Dram Teatrı yayıb.

Bildirilib ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin kariyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze “Azərbaycanfilm”in istehsalı olan “İyirmialtılar” (1966) filminin baş rollarından biri olan Caparidze personajını canlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR