Bank Of Baku

"Taxıl sazişi"nin dayandırılmasından sonra ilk gəmi Odessadan çıxıb

"Taxıl sazişi"nin dayandırılmasından sonra ilk gəmi Odessadan çıxıb
# 16 avqust 2023 10:10 (UTC +04:00)

İyulun 16-da Rusiyanın müqavilədən çıxması ilə Qara Dəniz "Taxıl sazişi"nin fəaliyyətinin dayandırılmasından bəri ilk gəmi Odessa limanını tərk edib.

APA xəbər verir ki bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter" hesabında bildirib.

"Joseph Schulte (Honq-Konq bayrağı altında üzən) konteyner gəmisi Ukraynanın Qara dənizdəki limanlarına mülki gəmilərin gəlməsi üçün yaradılmış dəhlizlə hərəkət edir. Bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanın tam miqyaslı işğalı zamanı Ukrayna limanlarında olan gəmilərin evakuasiyası üçün istifadə olunacaq" - ukraynalı nazir qeyd edib.

Onun sözlərinə görə ötən ilin fevralından Odessa limanında olan konteyner gəmisi 30 min tondan çox yük daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR