Bank Of Baku

Tbilis meri: Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsi siyasi qərar olub

Tbilis meri: Gürcüstana Aİ-yə namizəd statusunun verilməməsi siyasi qərar olub
# 01 may 2023 14:53 (UTC +04:00)

Ötən il Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməməsi siyasi qərar olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisi meri, hakim Gürcü Arzusu partiyasının baş katibi Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib. Kaladze vurğulayıb ki, Gürcüstanla bağlı neqativ qərara səbəb Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulmaması və ölkədə ikinci cəbhə açmamasıdır.

“Mən bunu dəfələrlə qeyd etmişəm və bir daha bildirirəm ki, Gürcüstan Avropa İttifaqına namizəd statusuna layiq idi. Bu statusun verilməməsi siyasi qərar idi və ictimaiyyət bunun niyə baş verdiyini çox yaxşı anlayır. Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, (Rusiyaya qarşı) sanksiyalara qoşulmur, müharibəyə başlamır və ölkədə ikinci cəbhə açmır”, - deyə Kaxa Kaladze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR