Bank Of Baku

Tbilisidə bazardakı yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə bazardakı yanğın söndürülüb - YENİLƏNİB
# 07 fevral 2022 16:05 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Eliava bazarında başlayan güclü yanğın söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, bazarın tikinti materialları pavilyonunda baş vermiş yanğın nəticəsində 1000-1500 kvadrat metr ərazi yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.

***

15:26

Tbilisidə Eliava bazarı adlanan ərazidə güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğının səbəbi hələki məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR