Bank Of Baku

Tbilisidə yaşayış binasında partlayış olub - YENİLƏNİB

Tbilisidə yaşayış binasında partlayış olub - YENİLƏNİB
# 15 fevral 2022 11:16 (UTC +04:00)

Tbilisinin Diqomi massivində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı bir nəfər yanıq xəsarətləri alıb.

Onun xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin stabil olduğu bildirilib.

Qonşuların sözlərinə görə hadisə təmir edilməkdə olan mənzildə baş verib.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

***

10:29

Gürcüstanın paytaxtı Tbilisinin Diqomi massivində çoxmərtəbəli yaşayış binalarından birində partlayış baş verib.

APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, partlayış baş verən mənzildə daha sonra yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər.

Partlayışın səbəbi hələki məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR