Bank Of Baku

“The Times”: Britaniya 10 il ərzində müdafiə xərclərini 14% artırıb

“The Times”: Britaniya 10 il ərzində müdafiə xərclərini 14% artırıb
# 25 dekabr 2024 01:36 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə xərcləri 2012-2022-ci illər arasında 14% artıb.

APA xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, oktyabrda Böyük Britaniya Xəzinədarlığı gələn il hərbi ehtiyaclar üçün 56,9 milyard funt sterlinq (71,3 milyard dollar) ayrılmasını təsdiqləyib.

Böyük Britaniyanın baş naziri Keir Starmer daha əvvəl Londonun müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artırmaq niyyətində olduğunu demişdi.

Lakin o, bu məqsədə nə vaxta qədər çatmağın planlaşdırıldığı ilə bağlı məlumat verməmişdi.

Xatırladaq ki, bu ilin dekabrın 20-də “Financial Times” qəzeti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın öz nümayəndələri vasitəsilə bir sıra Avropa NATO müttəfiqlərinə müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağı tələb etmək niyyəti barədə məlumat verdiyini yazıb.

Qeyd edək ki, Britaniya sonuncu dəfə 1980-ci illərin ortalarında soyuq müharibə zamanında müdafiəyə bu qədər vəsait xərcləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR