Bank Of Baku

Trüdo: “Avropa daha bir neçə il Rusiyanın nefti və qazından asılı qalacaq”

Trüdo: “Avropa daha bir neçə il Rusiyanın nefti və qazından asılı qalacaq”
# 22 avqust 2022 23:58 (UTC +04:00)

Avropa daha bir neçə il Rusiyanın nefti və qazından asılı qalacaq.

APA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Almaniya kansleri Olaf Şoltsla “CTV” kanalında yayımlanan mətbuat konfransında bildirib.

“Avropa və Almaniya qarşıdakı bir neçə il ərzində Rusiyanın neft və qazından asılı olmaqda davam edəcək”,-deyə Trüdo bildirib.

Öz növbəsində Şolts qeyd edib ki, Kanada ilə əməkdaşlıq Avropa üçün çox vacibdir.

Xatırladaq ki. Almaniya kansleri bu səhər Kanadanın Monreal şəhərinə gəlib. Kanadaya səfəri zamanı o, Rusiya qazına alternativ olaraq Kanadadan tədarükü razılaşdırmağa hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR