Türkiyə Baş Qərargah rəisi Mətin Gürak NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı NATO-dakı cari hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.