Liviyada çox sayda insanın ölümü və itkin düşməsinə səbəb olan "Daniel" qasırğası ilə bağlı Türkiyə bu ölkəyə yardım etməyə hazır olduğunu bildirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
Nazirlik ölənlərin ailələrinə baş sağlığı verib, yaralananlara isə şəfa diləyib.
Qeyd edək ki, Liviyanın daxili işlər naziri Əbu Zaribe qasırğada 2000-dən çox insanın öldüyünü, 5 min nəfərin isə itkin düşdüyünü açıqlayıb.