Türkiyə NATO Baş katibinin terrorizmə qarşı mübarizədə xüsusi nümayəndəsi vəzifəsinin yaradılmasını təklif edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Türkiyə terrora qarşı mübarizədə ən çox səy göstərən müttəfiq ölkədir. Nazir, ölkəsinin terrora qarşı mübarizəni davam etdirəcəyini də vurğulayıb.