Türkiyə, Rumıniya və Bolqarıstan Ukraynadakı müharibə ilə əlaqədar Qara dənizdə üzən minaların təmizlənməsi üçün müqavilə imzalayıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, imzalama mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Rumıniyalı həmkarı Angel Tilvar və Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.
Qara dənizdə mina təhlükəsi ilə daha təsirli mübarizə aparmaq üçün üç ölkə arasında protokol imzalamaq qərarına gəldiklərini ifadə edən Gülər, bu halda üç ölkənin dəniz qüvvələri komandirlərindən ibarət bir komitənin yaradılacağını qeyd edib.