Türkiyə “Taxıl dəhlizi sazişi”nin uzadılmasına ümid edir.
APA-nın İstanbul müxbirinin “DHA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı 2023” təlimlərinin nəticələrinə dair keçirilən brifinq zamanı bildirib.
O qeyd edib ki, İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında dünən başlayan və bu gün davam edən danışıqlar müsbət nəticələnə bilər.
O, həmçinin Ukrayna limanlarında Türkiyəyə məxsus ticarət gəmilərinin qaldığını xatırladaraq, buna dair danışıqların davam etdiyini əlavə edib.