Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.
Qeyd olunub ki, iclasda milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan da iştirak edir.
***
10:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
İclasda Rusiya ilə Ukrayna arasında baş verən toqquşmalar müzakirə ediləcək.