Bank Of Baku

Türkiyə və Ermənistan parlamentlərinin sədrləri görüşüb

Türkiyə və Ermənistan parlamentlərinin sədrləri görüşüb
# 04 may 2023 21:24 (UTC +04:00)

İrəvanda “Nemezis” abidəsinin açılması Ermənistan hakimiyyətinin rəsmi mövqeyini əks etdirmir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü zamanı bildirib.

M. Şentop görüşün müsbət mühitdə keçdiyini bildirib: “Simonyan Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair prosesin müsbət iləriləməsi üçün səy göstərəcəklərini bildirib. Biz isə ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitlik bərqərar olur. Bu indiki zamanda regionumuz üçün çox önəmlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR