Finlandiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TVNET kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, iki ölkənin Ədliyyə Nazirliklərinin rəsmiləri Türkiyəyə terrorçuların təhvil verilməsi və digər mövzuları müzakirə edəcək.
Çavuşoğlu bu məsələdə İsveç və Finlandiya tərəfindən hələ də konstruktiv addımın atılmadığını vurğulayıb: Bizim terrorla bağlı gözləntilərimizə addım atılmadı. Biz sözdə deyil, əməldə müttəfiq istəyirik. Terrora dəstək verən ölkələr real müttəfiq ola bilməz”.