Türkiyə Yəməndə təhlükəsizliklə bağlı yaranan problemləri nəzərə alaraq vətəndaşlarını, zəruri hallar istisna olmaqla, bu ölkəyə səfər etməməyi tövsiyə edib.
APA-yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bundan əlavə, XİN səfər etmək məcburiyətində olan vətəndaşları diqqətli olmağa çağırıb.