Bank Of Baku

Türkiyə XİN: Rusiyanın hərbi əməliyyatları qəbuledilməzdir

Türkiyə Xarici İşlər Nazirliyi

© APA | Türkiyə Xarici İşlər Nazirliyi

# 24 fevral 2022 15:16 (UTC +04:00)

“Biz Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu, Minsk razılaşmaları ilə yanaşı, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, regionun və dünyanın təhlükəsizliyinə ciddi təhdid yaradır.

“Ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməli olduğuna inanan Türkiyə sərhədlərin silahla dəyişdirilməsinin əleyhinədir. Biz Rusiya Federasiyasını bu ədalətsiz və qanunsuz hərəkəti mümkün qədər tez dayandırmağa çağırırıq. Ukraynanın siyasi birliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz davam edəcək”, - bəyanatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR