Bank Of Baku

Türkiyədə aşan tur avtobusunda yaralananların 4-ü uşaqdır - FOTO

Türkiyədə aşan tur avtobusunda yaralananların 4-ü uşaqdır - FOTO
# 21 avqust 2022 12:28 (UTC +04:00)

Türkiyənin Rizə bölgəsində Güneysu rayonunda turistləri daşıyan tur avtobusu divara dəydikdən sonra aşaraq metrlərlə sürüklənib.

APA CNN Türk-ə istinadən xəbər verir ki, 24 nəfər yaralanıb, 3-nün vəziyyəti ağırdır.

Qəza axşam saatlarında Asmalıırmak kəndində baş verib.

Nəqliyyat vasitəsi geri dönərkən sürücünün idarəetməsindən çıxaraq istinad divarına çırpılıb.

Qəzada yaralananların 4-ü uşaq olmaqla 23 nəfərin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR