Türkiyənin Hatay vilayətində tormoz sistemi sıradan çıxan yük avtomobili evakuatora çırpılıb.
APA-nın TRT-yə istinadla xəbərinə görə, bundan sonra əks yola çıxan yük maşını içində əsgərləri yola salan sakinlərin olduğu 2 mikroavtobus və 9 minik avtomobilini əzib. Hadisə nəticəsində 12 nəfər ölüb, 31 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.