Türkiyənin Kocaeli vilayətinin Derince rayonunda limanda baş verən partlayışda yaralanan Elif Dayıoğlu müalicə aldığı xəstəxanada həyatını itirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT” kanalı məlumat yayıb.
Dayıoğlunun ölümü ilə taxıl anbarında meydana gələn partlayışda həyatını itirənlərin sayı 2-ə yüksəldi.
Partlayışda yaralananlardan 4-nün müalicəsi davam edir.