Türkiyənin Cudi və Qabar dağlarında neft yataqları kəşf edilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, həmin yataqlardan sutkada 100 min barel neft hasil ediləcək.