Türkiyədə Parlament seçkilərinə dair nəticələrin 83,6%-i açıqlanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Nəticələrə əsasən hazırki ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi “Cumhur İttifaqı” 50,66% səs ilə irəlidədir. Ana müxalifətin təşkil etdiyi “Millət İttifaqı” 34,45% səs ilə ikinci yer, kürdyönümlü “Əmək və Azadlıq” ittifaqı 9,49% səs ilə üçücü yerdə qərarlaşıb. Prezidentliyə namizəd olan Sinan Oğanın başçılıq etdiyi “ATA” ittifaqı isə 1,93% səs toplayıb.