Ankara Respublika Baş Prokurorluğu aparılan araşdırmalar çərçivəsində terrorçuluqla ittiham edilən 18 şübhəli haqqında həbs qərarı çıxarıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, onların DHKP/C və TKP/ML terror təşkilatları adından Ankarada fəaliyyət göstərdiklərinə, təşkilatın təbliğatını apardıqlarına dair sübutlar əldə edilib.