Bank Of Baku

Türkiyənin daxili işlər naziri ermənilərin patriarxını ziyarət edib

Türkiyənin daxili işlər naziri ermənilərin patriarxını ziyarət edib
# 26 aprel 2023 21:49 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyanı ziyarət edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Qeyd olunub ki, nazir Soylu Maşalyana zəlzələ bölgəsinə göndərdikləri yardıma görə təşəkkür edib.

“İndiyə qədər olduğu kimi, bütün məsələlərdə sizinləyik. Biz buradan bütün dünyaya nümunə göstərməliyik. İstanbulun nə olduğunu, Anadolu sivilizasiyasını, birlikdə yaşamaq, birlikdə güclü olmaq anlayışını göstərməliyik”, - Soylu görüş zamanı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR