Bank Of Baku

Türkiyənin modernizasiya etdiyi “F-16”lar HHQ-yə təhvil verilib - YENİLƏNİB

Türkiyənin modernizasiya etdiyi “F-16”lar HHQ-yə təhvil verilib - YENİLƏNİB
# 18 may 2023 16:34 (UTC +04:00)

“Özgür” layihəsi çərçivəsində modernizasiya edilmiş “F-16”lar Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti yanından Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir “Twitter” hesabında etdiyi paylaşımda bildirib.

“Bundan sonra F-16-larımız çox daha təkmil imkanlarla modernləşdirilmiş şəkildə Hərbi Hava Qüvvələrimizə xidmət etməyə davam edəcək. Türk Əsrinə ərməğan olsun”, - paylaşımda deyilir.

***

12:46

Türkiyə mövcud “F-16”ları yerli və milli imkanlarla modernizasiya edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, qırıcıların radar, idarəetmə və digər sistemləri, həmçinin sursatlarının yerli və ən müasir analoqları ilə əvəz edilməsi “F-16”ları artıq milli döyüş təyyarəsi halına gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR