Hazırda Türkiyənin zəlzələdən zərər çəkən bölgələrində 13 ölkədən axtarış-xilasetmə qrupları çalışır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlət naziri Mövlud Çavuşoğlu bildirib.
O, 77 ölkədən olan qrupların artıq vətənlərinə döndüyünü qeyd edib. Nazirin sözlərinə görə, toplam xaricdən 11 min axtarış-xilasetmə personalı Türkiyəyə axtarış-xilasetmə işlərinə qatılıb.
Bundan əlavə, indiyədək Türkiyə xaricdən 90 min çadır və 495 konteyner göndərilib, daha 10 min konteynerin isə yaxın zamanda ölkəyə gətirilməsi gözlənilir.