Bank Of Baku

Tusk: London sammitinin iştirakçıları Rusiyanın aktivləri ilə bağlı yekdil qərara gələ bilməyiblər

Polşanın Baş naziri Donald Tusk

© APA | Polşanın Baş naziri Donald Tusk

# 02 mart 2025 23:03 (UTC +04:00)

Ukrayna münaqişəsinin həlli ilə bağlı Londonda keçirilən sammitdə iştirak edən ölkələrin nümayəndələri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məsələsində vahid qərara gələ bilməyiblər.

APA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, bəzi ölkələr Rusiyanın aktivlərindən Ukraynaya kömək etmək üçün istifadənin mümkün nəticələrindən ehtiyat edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR