Bank Of Baku

Ukrayna Aİ-dən 335 milyon avro yardım alacaq

Ukrayna Aİ-dən 335 milyon avro yardım alacaq
# 31 oktyabr 2023 17:26 (UTC +04:00)

Ukrayna Avropa İttifaqından (Aİ) 335 milyon avro yardım alacaq.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram”da yazıb.

Ukrayna hökumət başçısının sözlərinə görə, bu gün Aİ-nin “Ukrayna iqtisadiyyatına, cəmiyyətinə və ölkənin gələcəkdə yenidən qurulmasına siyasi, humanitar və maliyyə dəstəyi proqramı”nın maliyyələşdirilməsinə dair saziş təsdiqlənib:

“Həmin vəsaitlər Ukraynanın infrastrukturunun, xüsusilə enerji sektorunun bərpası, biznes sahələrinə dəstək, korrupsiyaya qarşı mübarizə tədbirləri, ətraf mühitin qorunması və rəqəmsallaşma üçün istifadə ediləcək”, - deyə Ukrayna Baş naziri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR