Almaniya xarici işlər naziri Annalena Beerbok və Ukrayna XİN başçısı Dmitri Kuleba Kiyevə “Taurus” raketlərinin tədarükü məsələsini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kulebanın sözlərinə görə, raketlərin verilməsi məsələsi hələ açıqdır və Almaniya daxilində raketlərin tədarükü qərarının qəbul edilməsi prosesi irəliləyir.
Beerbok da öz növbəsində məsələnin tez bir zamanda müsbət həllini tapacağına ümid etdiyini açıqlayıb və qeyd edib ki, Almaniya hökuməti qərar verməyə tələsmir.
Almaniya XİN rəhbəri bir müddət öncə bildirmişdi ki, Almaniyadan Ukraynaya humanitar, maliyyə və hərbi yardımın ümumi həcmi son il yarım ərzində təxminən 22 milyard avro təşkil edib. Bir sıra silah sursat və digər ləvazimatlarla yanaşı Berlin Kiyev hakimiyyətini hava hücumundan müdafiə sistemləri, tanklarla təmin edib.