Ukrayna Avropa İttifaqının ayırdığı kredit hesabına “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təxminən 1 000 raket almaq məqsədilə müqavilələr bağlayır. Lakin raketlərin böyük hissəsinin tədarükünə yalnız qarşıdakı illərdə başlanacaq.
APA xəbər verir ki, Bu barədə Ukraynanın müdafiə naziri Yevgeni Xmara məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın hazırda tərəfdaşlardan 300 “Patriot” raketi, 500 hava-hava tipli raket, daşınan zenit-raket kompleksləri və pilotsuz uçuş aparatlarının alınması üçün 2 milyard dollar maliyyə dəstəyinə ehtiyacı var.
Xmara onu da bildirib ki, Kiyevin hazırda raketlərə ehtiyacı olduğu üçün tərəfdaşlardan mövcud ehtiyatlarından raketləri təcili şəkildə vermələri xahiş olunur. Bunun müqabilində Ukrayna gələcək müqavilələr çərçivəsində əldə edəcəyi daha müasir raketləri təqdim etməyi təklif edir.
Nazir həmçinin Ukraynanın müdafiə büdcəsində 27 milyard dollar həcmində maliyyə çatışmazlığı olduğunu bildirərək tərəfdaşları zəruri maliyyə qərarları qəbul etməyə çağırıb.