Bank Of Baku

Ukrayna Çexiyadan reaktiv yaylım atəş sistemi alıb

Ukrayna Çexiyadan reaktiv yaylım atəş sistemi alıb
# 08 noyabr 2023 17:53 (UTC +04:00)

Ukrayna ordusu Çexiyadan “Striga” reaktiv yaylım atəş sistemi alıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Məlumata əsasən, “Striga” 122 mm-lik reaktiv sistemi 61-ci mexanikləşdirilmiş briqadaya təhvil verilib. Çexiya tərəfinin “Striga” sistemini Ukraynaya hərbi yardım çərçivəsində verməsi və ya Ukraynanın onu alması barədə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, “Striga” sovet dövründə istifadə olunan 122 mm-lik “BM-21 Qrad” reaktiv yaylım atəşi sisteminin təkmilləşdirilmiş versiyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR