Ukrayna Danimarka ilə hərbi sahədə əməkdaşlıq edəcək

Ukrayna Danimarka ilə hərbi sahədə əməkdaşlıq edəcək
# 14 iyun 2024 12:31 (UTC +04:00)

Danimarka Ukraynada silah-sursat istehsalını maliyyələşdirəcək.

APA-nın “unian”a istinadən məlumatına görə, bu barədə müqavilə ötən gün adı çəkilən ölkənin müdafiə naziri Rüstəm Umerovla həmkarı Troels Lund Poulsen arasında imzalanıb.

Sənədə əsasən, rəsmi Kopenahgen Ukrayna ordusunu bunun üçün zəruri olan komponentlərlə təmin edəcək.

Eyni zamanda tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlıq, habelə, bu sahənin maliyyələşdirilməsi prosedurunu da razılaşdırıb.

Rəsmi Kiyev Niderlandla da analoji sahədə əməkdaşlığa dair niyyət protokolu imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR