Ukrayna ərazilərinin minalardan təmizlənməsində süni intellekt tətbiq ediləcək

Ukrayna ərazilərinin minalardan təmizlənməsində süni intellekt tətbiq ediləcək
# 03 mart 2024 23:01 (UTC +04:00)

Süni intellekt Ukrayna ərazilərinin minalardan təmizlənməsinə kömək edəcək.

APA UNİAN-a istinadla xəbər verir ki, Ukrayna İqtisadiyyat Nazirliyi artıq "Palantir" texnologiya şirkəti ilə müvafiq müqavilə imzalayıb.

Qeyd olunur ki, "Palantir" verilənlərin təhlili üzrə ixtisaslaşıb. Ukrayna öz mütəxəssislərinin və texnologiyasının dəstəyi ilə humanitar minatəmizləmə əməliyyatlarını rəqəmsallaşdırmağa və avtomatlaşdırmağa ümid edir. Həmçinin minalarla mübarizədə qərar qəbul etmək üçün "Palantir"in hazırladığı “süni intellekt platforma əsaslı köməkçi”dən istifadə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR