Bank Of Baku

Ukrayna Fransadan növbəti humanitar yardım alıb

Ukrayna Fransadan növbəti humanitar yardım alıb
# 17 sentyabr 2023 01:42 (UTC +04:00)

Fransa rəhbərliyi Ukraynaya dəstək üçün növbəti humanitar yardım göndərib.

APA xəbər verir ki, bu barədə "Ukraine now" (UNN) məlumat yayıb.

141 generator və digər zəruri enerji avadanlığının daxil olduğu təxminən 240 tonluq yardım artıq Ukraynaya çatdırılıb.

Energetika naziri German Qaluşenko qeyd edib ki, qış fəsilində Rusiya yenidən Ukraynanın enerji sektoruna hücuma hazırlaşır.

Mövsümə hazırlıq çərçivəsində qəzalı vəziyyətdə olan obyektlərdə təmir işləri davam etdirilir, generasiya güclərinin artırılması istiqamətində tədbirlər görülür, enerji obyektlərinin mühafizəsi gücləndirilir.

Xatırladaq ki, bu Fransanın Ukraynaya 31-ci humanitar yardımıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR