Ukrayna hərbçiləri Odessa vilayətində dreyf edən dəniz minasını zərərsizləşdirib.
APA-nın xəbərinə görə, bu barədə Odessa şəhər hərbi administrasiyası məlumat yayıb.
Bildirilir ki, zərərsizləşdirilmə prosesi böyük partlayışla müşayiət olunub. Bu, sutka ərzində zərərsizləşdirilmiş ikinci dəniz minasıdır. Bir müddət əvvəl çimərlikdə 2 nəfər minaya düşdüyü üçün sahil zonasına giriş qadağan edilib.