Bank Of Baku

Ukrayna HHQ: F-16 pilotlarının hazırlanması prosesi sürətlənib

Ukrayna HHQ: F-16 pilotlarının hazırlanması prosesi sürətlənib
# 17 sentyabr 2023 21:46 (UTC +04:00)

Ukraynalı pilotların F-16 qırıcılarında təlim prosesi geniş vüsət alıb və ciddi irəliləyiş əldə edilib.

APA-nın məlumatına görə, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

“Harada, hansı ölkədə, neçə pilot və neçə təyyarə ilə bağlı çoxlu sual verilir. Təəssüf ki, biz indi bu suallara ətraflı cavab verə bilmirik” İqnat bildirib.

“Yalnız sizi əmin edə bilərəm ki, proses həqiqətən çox ciddi şəkildə irəliləyib. Pilotlar təhsil alır və təlim keçirlər”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR