Ukrayna Silahlı Qüvvələri bu payızda və qışda F-16 döyüş təyyarələri almayacaq.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat yerli mətbuat marafonunun efirində deyib.
O bildirib ki, Ukrayna tərəfi qırıcı təyyarələrin tədarükünün ölkənin hava hücumundan müdafiəsini gücləndirə biləcəyinə böyük ümidlər bəsləyirdi.
İqnat, həmçinin yaxın vaxtlarda ukraynalı pilotların F-16 tipli təyyarələrdə təlimlərə başlayacağına ümid etdiyini bildirib.