Ukrayna kəşfiyyatı vətəndaşlarını Belarusa səfərlərdən çəkinməyə çağırıb

Ukrayna kəşfiyyatı vətəndaşlarını Belarusa səfərlərdən çəkinməyə çağırıb
# 14 avqust 2024 13:42 (UTC +04:00)

Ukraynanın Xarici Kəşfiyyat Xidməti vətəndaşlarını Belarusa səfərlərdən çəkinməyə çağırıb.

APA-nın “Interfax-Ukraine” saytına istinadən xəbərinə görə, bu barədə informasiya qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, adıçəkilən ölkəyə gedən ukraynalılardan şəxsi məlumatlar, eləcə də səfərin məqsədləri barədə məlumatlar, habelə sosial şəbəkə hesablarına giriş imkanı verən istifadəçi adları və şifrələr, o cümlədən yazışmalar toplanaraq, filtrasiya edilir:

“Xüsusilə həssas yanaşma tələb edən faktlar aşkarlandıqda bu qəbildən olan şəxslər “Ekstremizm” maddəsilə cinayət məsuliyyətinə cəlb olunur və ya ölkədən çıxarılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR