Bank Of Baku

Ukrayna MN: Rusiya Ukraynaya 83 raket atıb, 43-ü zərərsizləşdirilib - YENİLƏNİB

Ukrayna MN: Rusiya Ukraynaya 83 raket atıb, 43-ü zərərsizləşdirilib - YENİLƏNİB
# 10 oktyabr 2022 13:35 (UTC +04:00)

Bu gün səhərdən etibərən Rusiya Ukraynaya 83 raket atıb.

APA xəbər verir ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz “Telegram” kanalında məlumat verib.

"Bu gün saat 11:34-ə qədər olan məlumata əsasən, Rusiyadan Ukraynaya 83 raket atılıb və onun 43-ü zərərsizləşdirilib.

Həmçinin o da qeyd olunub ki, hazırda raket zərbələri hələ də davam edir.

***

12:27

Bu gün Ukraynanın müxtəlif şəhərlərinə Rusiya tərəfindən 75 raket atılıb.

APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnı "Twitter" səhifəsində bu barədə yazıb.

O əlavə edib ki, atılan raketlərdən 41-i zərərsizləşdirilib.

Zalujnı əhalini sığınacaqlarda qalmağa çağırıb: “Rusiya Ukrayna ərazisinə genişmiqyaslı raket və aviasiya zərbələri endirir. Ukrayna ordusu vətəndaşları qorumaq üçün bütün mümkün addımları atır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR