Ukrayna qüvvələri son sutka ərzində Donetsk və Luqanskda Rusiyanın 12 hücumunu dəf edib.
APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, Rusiya qüvvələrinin hücum əməliyyatları həyata keçirdiyi Popasnaya ərazisində döyüşlər davam edir.
Əlavə olunub ki, Rusiya “Azovstal” kombinatındakı Ukrayna mövqelərinə hava və artilleriya zərbələri endirməyə davam edib.