Bank Of Baku

Ukrayna ordusu Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurub

Ukrayna ordusu Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurub
# 15 avqust 2026 12:39 (UTC +04:00)

Ukrayna ordusu Rusiyanın Samara vilayətində yerləşən raket və kosmik texnologiyalar mərkəzi - "Proqres"ə hücum edib.

“UNIAN”ın xəbərinə görə, hücum “Flaminqo” raketləri ilə həyata keçirilib.

Sözügedən obyektdə baş verən partlayışlar yanğına səbəb olub.

Ukrayna ordusu Samaradakı "Proqres" mərkəzinin “Soyuz-2” tipi də daxil olmaqla, ortasinifli kosmik buraxılış qurğularının istehsalını həyata keçirdiyini bildirib.

“Soyuz-2” isə Rusiyanın “Rassvet” internet peykinin kosmosa yerləşdirilməsi üçün istifadə olunur.

Bundan başqa, Ukraynanın hücumları nəticəsində Nijni Novqorod bölgəsində “Savasleyka” aerodromunda da partlayışlar və yanğın baş verib.

Bu aerodromda “MIG-31K” qırıcı təyyarələrinin yerləşdiyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR